Bu ilin ilk 9 ayında neft sektorundan vergi daxil olmaları azalıb.
Bu barədə FED.az-a Vergilər Nazirliyindən bildirilib. Nazirliyin məlumatına görə, ilk 9 ayda Hasilatın Pay Bölgüsü sazişləri üzrə neft hasilatının aşağı düşməsi səbəbindən neft-qaz sektoru üzrə vergi daxilolmalarında azalma müşahidə edilir.
2019-cu ilin 9 ayında neft-qaz sektorundan daxilolmalar 1 milyard 679,9 milyon manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 136 milyon manat və ya 7,5 faiz azdır.
Nazirlik bildirir ki, bu azalma qeyri-neft-qaz sektorundan daxilolmaların artımı hesabına artıqlaması ilə kompensasiya olunub. Belə ki, qeyri-neft sektorundan 2 milyard 928,8 milyon manat vəsait toplanıb. Bu da ötən illə müqayisədə 439 milyon manat və ya 12,6% artıqdır.