Neft hasilatı və ehtiyatların həcminə görə dünyanın ən böyük şirkəti olan «Saudi Aramco» 2022-ci ilin nəticələri üzrə rekord həddə 161,1 milyard dollarlıq mənfəət əldə edib.
FED.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. 2021-ci ildə «Saudi Aramco» 110 milyard dollar əldə etmişdi.
Başqa sözlə, 202-ci ildə şirkətin gəlirləri 46,5% artıb. Şirkət buna neftin satış həcminin və qiymətinin artımı hesabına nail olub.
2022-ci ildə Səudiyyə Ərəbistanı orta hesabla gündə 13,6 milyon barel neft hasil edib, bu 2021-ci illə müqayisədə 10% artıqdır.