“Neftin fyuçers müqavilələri ilə bağlı vəziyyət ən diqqətli təhlil tələb edir, çünki bu, qlobal iqtisadiyyatın bərpasına xələl gətirir”.
Eləcə də bax: Neftin üstünə pul qoyub satırlar – QİYMƏTLƏR MƏNFİDƏ - TARİXDƏ İLK DƏFƏ
FED.az xəbər verir ki, bu fikirlərlə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “Facebook” səhifəsində bölüşüb.
Qeyd edək ki, fyuçers müqaviləsi (qısaca fyuçers) – müəyyən məhsul partiyasının sövdələşmə anında hər iki tərəfi qane edən qiymətlə alınmasına dair müqavilədir, məhsul özü isə satıcı tərəfindən kifayət qədər uzun müddət sonra təqdim olunur. Fyuçers – fond bazarında sövdələşmə obyekti olan ikinci dərəcəli qiymətli kağızdır.
“Çox güman ki, gələcəkdə neft ticarətinin prinsipləri, məsələn, “Al və ya ödə” (“take-or-pay”) prinsipindən istifadə edərək, uzunmüddətli enerji müqavilələri bağlamaq təcrübəsini nəzərə alaraq, dəyişə bilər”, - D. Medvedev qeyd edib.
“Al və ya ödə” iri alıcılara müəyyən növ malların tədarükü üçün müqavilələrin qurulması üçün geniş yayılmış qaydadır. Bu prinsipə əsasən, təchizatçı malı müqavilədə göstərilən maksimum həcmədək təmin etməyi öhdəsinə götürür və alıcı istənilən halda nəzərdən keçirilən dövrdə malın hansı həcmdə satın almasından asılı olmayaraq satıcı təmin edəcək həcmlərinin müəyyən hissəsini ödəməyə razıdır.
Xatırladaq ki, bazar ertəsi WTI markalı xam neft (may ayında çatdırılma şərti ilə) tarixdə ilk dəfə olaraq mənfi göstəricilərə enib, NYMEX-də bu markalı neftin qiyməti bir barel üçün mənfi 40,32 dollara çatıb. WTI markalı xam neftin may fyuçersinin enməsi ABŞ-da neftə olan tələbatın çox zəif olması və neft çənlərinin dolması ilə bağlıdır.
Apa