“Səngəçal-Duvannı-Xərə-Zirə” yatağındakı 677 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Fed.az SOCAR-ın saytına istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı 676 saylı estakadayanı meydançadan 677 nömrəli quyu əsaslı təmirdən sonra istismara buraxılıb. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4434-4382 metr interval dərinliyindən gündəlik 9 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçirilir.