Koronavirusun qlobal iqtisadiyyatı dayandıracaq təhlükəsi və tədarükün sürətlə artdığı bir şəraitdə neft qiymətləri qısamüddətli dövrdə 17 ilin ən aşağı düşüşünü yaşayıb.
Eləcə də bax: İlin sonuna neft bahalaşa bilər - PROQNOZ
FED.az xəbər verir ki, fyuçers müqavilələri Nyu-Yorkda 2,8 faiz ucuzlaşaraq bir barel üçün 26.20 dollara düşüb.
Əgər neft qiymətlər bu səviyyədə qalarsa, 2003-cü ilin may ayından bəri ən aşağı səviyyəyə çatacaqdır. Neft sonuncu dəfə “SARS” epidemiyasının Asiyanı vurduğu dövrdə bu səviyyəyə düşmüşdü. Neft ilkin itkilərinin bir hissəsini bərpa edib, lakin dəyişkənliyin rekopr səviyyədə olduğu bu həftədə yenə 15 faiz aşağıdadır.
Dünyada siyasətçiləri iqtisadiyyatlarını virusun təsirindən qorumaq üçün daha öncə görünməmiş addımlar atsa da, xam neftdəki ərimə və böyük neft istehsalçılarının bazarı neftə boğması qiymətləri aşağı salır.
"AxiCorp" ın Asiya Sakit Okean bazarı üzrə strateqi Stefan İnnes neftin 18-20 dollara düşəcəyini proqnozlaşdırdı. O hesab edir ki, tələbin toqquşması hələ ən yüksək səviyəyə çatmayıb. “Əgər hadisələr xüsusilə ABŞ-da sürətlə artmağa davam edərsə, bu, neft treyderlərini çox qorxudacaqdır”.
Bazar virusun iqtisadi təsirlərini aradan qaldırmaq üçün qlobal səylərdən çox dəstək tapmır. Ötən günü Federal Ehtiyyatlar Sistemi (FED) virusdan qaynaqlanan iqtisadi iflasları aradan qaldırmaq üçün maliyyə böhranı proqramlarından birini yenidən başladıb. Bu açıqlamadan sonra ABŞ-ın səhmlərinin dəyəri yüksəlib. Səudiyyə Ərəbistanı aprel ayında hasilatı gündəlik 10 milyon barel həddə çatdırmaq niyyətində idi. Bu açıqlamadan sonra Səudiyyənin də hasilat səviyyəsi enməyə başlayıb.
Qərbi Texas nefti (WTI) “Nymex” bazarında 4 sent düşərək, Sinqapur vaxtı ilə 13: 17-də bir barelə görə 26.91 dollara düşüb. “Brent” markalı neft çərşənbə axşamı 4.4 faiz ucuzlaşdıqdan sonra London birjasında 26 sent artaraq 28.99 dollara satılıb.
ABŞ-da benzinin qiyməti 2005-ci ildən bəri kəskin düşdükdən sonra bazar ertəsindən sonra bir qədər yaxşılaşıb. Çərşənbə günü qiymətlər 3 faiz artaraq 73.25 sent təşkil edib.