Dünya neft qiymətləri 4 ərəb ölkəsinin Qətərlə diplomatik əlaqələrini kəsməsi səbəbindən bu gün, iyunun 5-də səhər saatlarından etibarən yüksəlməyə başlayıb. "RİA Novosti"nin yaydığı xəbərə görə, "Brent" markalı neftin qiyməti cümə gününün qapanışı ilə müqayisədə 1,2% artaraq 48,3 dollar/barelə çatıb.
Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətərin Fars körfəzinə çıxışını qapadıblar. Bu da öz növbəsində dünyanın ən böyük neft hasilatına sahib olan bölgədə gərginlik yaradıb.