Neft bazar ertəsi ucuzlaşmış və çərşənbə günü də bunun davamı olaraq aşağı düşməkdə davam edir.
24 oktyabr ticarət sövdələşmələrinin yekunlarına əsasən Brent markalı neftin dekabr əqdlərinin qiyməti Londonun ICE birjasında 0.32 dollar, yəni 0.65 ucuzlaşaraq bir bareli $51,46 dollar təşkil etmişdi.
Nyu-York əmtəə birjası NYMEX-də WTI markalı neftin dekabr fyuşersləri 0.33 dollar, yəni 0.64% aşağı düşərək bir bareli $50,52 dollar olmuşdu.
Bugün neft ucuzlaşmağa davam edir.
Brent markalı neftin dekabr əqdlərinin qiyməti Moskva vaxtı ilə saat 7:34-də 0.09 dollar, yəni 0.06% düşərək bir bareli $51,37 dollar təşkil etmişdi.
Dekabrda çatdırılma ilə WTI markalı neftin fyuçerslərinin kotirovkaları $0,03, yəni 0,03% aşağı düşərək bir bareli $50,49 dollar olmuşdur.
investing.com©
Neft qiymətləri çərşənbə günü cüzi aşağı düşmüşdür
13:58
25 Okt 2016