ABŞ-da ehtiyatların azalması və Rusiyadan hasilatın artması fonunda neft qiymətləri bahalaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Brent" markalı neftin oktyabr müqaviləsində bir barelin qiyməti 10 sent və ya 0,1% bahalaşaraq 93,89 dollar olub.
WTI markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 10 sent və ya 0,1% artaraq 88,21 ABŞ dollarına çatıb (Fins.az).