Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
FED.az xəbər verir ki, ötən gün Londonda Brent markalı neftin qiyməti 1,35% ucuzlaşaraq 53,99 dollara düşüb.
Eləcə də bax: Azərbaycan nefti 4,3% ucuzlaşıb - SON QİYMƏT
ABŞ-da isə WTI markalı neft 1,1% ucuzlaşaraq 50,13 dollara düşüb.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb, ötən həftə ərzində ən aşağı qiymət 59,86 dollar təşkil edib.