Dövlət Neft Fondu Azərbaycanın əsas neft-qaz layihələri üzrə ölkəyə gələn gəlirləri açıqlayıb. FED.az xəbər verir ki, bu il sentyabrın 1-i tarixinə AÇG yatağı («Əsrin müqaviləsi») üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən): 135 milyard 142 mln. Dollar olub.
Təkcə bu il AÇG yatağından 6 milyard 656 mln. Dollar pul gəlib.
«Şahdəniz» yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə (2007-ci ildən etibarən): 2 milyard 506 mln. ABŞ dolları təşkil edir.
Bu ilin əvvəlindən indiyədək Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 115 mln. ABŞ dolları təşkil edib.