Dövlət Neft Fondu Azərbaycanın əsas neft-qaz layihələrindən gələn gəlirləri açıqlayıb. FED.az xəbər verir ki, bu il oktyabrın 1-i tarixinə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı üzrə gəlirlər (2001-ci ildən etibarən) 135 milyard 887 mln. ABŞ dolları təşkil edib.
Eləcə də bax: Azərbaycanda dollara təlabat kəskin azalıb - RƏQƏMLƏR AÇIQLANDI
Təkcə bu il AÇG yatağından 7 401 mln. ABŞ dolları əldə edilib.
Azərbaycanın ən böyük qaz layihəsi olan Şahdəniz yatağı üzrə əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) isə 2 milyard 506 mln. ABŞ dolları təşkil edib.
Bu il ərzində Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 115 mln. ABŞ dollar olub.
Neft-qazdan gələn pullar açıqlandı – RƏSMİ
10:48
3 Okt 2018