2022-ci ildə dünyanın bütün neft qaz şirkətlərinin gəliri 4 trilyon dollara yüksəlib.
Azərbaycanın yanvar ayı üzrə neft-qaz göstəriciləri - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib. Bu rəqəm, indiyədək müşahidə edilən 1,5 trilyon dollarlıq illik orta gəlir göstəricisindən 2 dəfədən çox artıqdır.
Birol bildirib ki, neft-qaz sahəsində gəlirlərin artımına baxmayaraq ölkələr neft-qazdan asılılığı azaltmalıdırlar. «Siz artıq 90%-i neft və qazdan asılı olan iqtisadiyyatı idarə edə bilməzsiniz, çünki onlara olan tələbat əvvəl-axır aşağı düşəcək»-deyə agentlik rəhbəri bildirib.
«Kommersant» qəzetinin hesablamalarına görə, dünyanın «böyük neft 5-liyi adlanan» 5 şirkətinin - «ExxonMobil», «Chevron», «BP», «Shell» və TotalEnergies» şirkətlərinin ümumi mənfəəti 2022-ci ildə 195 milyard dollar olub. Şirkətlər öz hesabatlarında gəlirlərin kəskin artımını qiymət artımları ilə izah ediblər.