Koronavirus pandemiya ilə birlikdə neftin qiyməti aşağı düşdü, neft və qaz şirkətlərinin əvvəlki ilə nisbətən 2020-ci ildə ümumilikdə 1 trilyon dollar gəlir itkisi gözlənilir.
FED.az xəbər verir ki, proqnoz “Cnbc Rystad Energy” şirkətinin hesabatında öz əksini tapıb.
Hesabata görə, keçən il cəmi 2.47 trilyon dollar gəlir gətirən neft və təbii qaz şirkətlərinin 2020-ci ildəki gəliri 1 trilyon dollardan 1.47 trilyon dollara enməsi gözlənilir. Pandemiyadan əvvəl 2020-ci il üçün gözlənti 2,35 trilyon dollar idi. Hesabatda 2021-ci il üçün daha əvvəl 2.52 trilyon dollar olan köhnə gözlənti 1,79 trilyon dollara dəyişdirilib.
İlk dəfə mənfi qiymətlər görülüb
Qeyd olunur ki, 2020-ci ilin yanvarın 1-də 66 dollar olan brent markalı neftin bir barelinin qiyməti aprel ayında 15 dollara düşüb və neft istehsal edən ölkələr tədarükü azaltmağa qərar verdilər.
1980-ci illərdə 30 faiz, 10 il əvvəl isə 15 faiz olan ABŞ-da “S&P 500” indeksindəki enerji şirkətlərinin payı hazırda 3 faizə enib. Aprel ayında qlobal gündəlik tələbat 30 milyon barel azalıb. Hava nəqliyyatının 95 faiz azaldığı ABŞ-da may ayında neft qiymətləri iki həftə əvvəl - 40 dollara qədər düşüb.