Böyük Britaniya və Niderlandın məşhur neft və qaz şirkəti nəhəngi “Royal Dutch Shell” 2020-ci ili zərərlə başa vurub.
Eləcə də bax: “Shell” “Convent” NEZ-də işlərini - Tam Dayandırdı
FED.az xəbər verir ki, şirkətin mediaya təqdim etdiyi hesabatlara görə, “Royal Dutch Shell” 2020-ci ildə 21,5 milyard dollar zərər edib.
Neft-qaz nəhənginin 1988-ci ildən bu yana maliyyə hesabatlarını analiz edən iqtisadçıların fikrincə bu, şirkət üçün anti-rekord sayılır.
Hesabatlara görə, 2015-ci ildən mənfəətini artırmağa müvəffəq olan şirkət 2019-cu ildə mənfəətini yenidən azaldaraq 16,4 milyard dollar gəlir əldə edib. Şirkət rəhbərliyi neft və qaz sektorunda qeyri-müəyyənliyin davam edəcəyi ilə bağlı açıqlama verib.
Hazırda şirkət mənfəətin paylanmasında modernizasiyaya getmək fikrindədir. Köhnəlmiş metodların dividendlərin paylanmasını lüzumsuz dərəcədə çətinləşdirdiyi bildirilir. Ötən ili kəskin zərərlə başa vuran şirkət səhmdarlarına dividend ödənilməsində modernizasiyaya getməklə daha çox investor cəlb etməyi düşünür. (Report)