Neft-qaz layihələrinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının payı 2019-cu ilədək 95%-ə çatdırılmalıdır. Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev məlumat verib.
"2013-cü ilin noyabr ayında DMX, SOCAR və “BP Exploration (Caspian See) Ltd” şirkəti arasında neft-qaz layihələrində milli kadrların təmsil olunma göstəricilərinin artırılmasını nəzərdə tutan protokol imzalanıb. Protokol 2014-2018-ci illər üçün Fəaliyyət Planını əhatə edir", - deyə o bildirib.
İmzalanmış sazişlərin reallaşdırılması çərçivəsində 2017-ci ilin əvvəlinə neft-qaz layihələrinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının xüsusi çəkisi 2014-cü ilin əvvəlinə olan 78%-ə qarşı 90%-dək artıb.
"Məqsədimiz 2018-ci ildə bu göstəricini 95%-ə çatdırmaqdır", - deyə DMX rəisi vurğulayıb.
İnterfax©