Neft ABŞ-da "qara qızıl" ehtiyatlarının artması barədə xəbərlər fonunda öz dəyərini 1%-dən artıq itirib.
Saat 14:00 verilən məlumata görə Brent markalı neftin satış qiyməti bir barelə $50,25 dollar təşkil edirdi, WTI markalı neft isə $49,40 dollaradək ucuzlaşdı.
Amerikanın neft institutunun (API) çərşənbə axşamı dərc etdiyi məlumatında göstərilirdi ki, xam neft ehtiyatları keçən həftə qəfil 4.8 milyon barelədək artdı və bu da verilən proqnozdan qat-qat artıq idi.
Enerji məlumatları idarəsinin (EIA) rəsmi məlumatları bugün bəlli olacaqdır.
ABŞ-da neft ehtiyatları barədə məlumatlar, o cümlədən hasilatın planlaşdırılmış məhdudlaşdırılmasına dair istehsalçı ölkələrin mübahisələri dünya bazarında "qara qızıl"ın həddən artıq çox olması barədə narahatlıqları meydana çıxardı.
investing.com©
Neft öz mövqeyini itirir
15:47
26 Okt 2016