Dünyanın əsas neft ixrac edən ölkələri yeni koronavirusun yayılması nəticəsində neftin ucuzlaşması səbəbindən 10 milyard ABŞ dollarına yaxın ziyana uğrayıblar.
Eləcə də bax: "OPEC" seçim qarşısında - 1 MİLYON BARELLİK RİSKƏ GEDƏCƏKMİ
FED.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının direktoru David Malpassla Vaşinqtondakı birgə mətbuat konfransı zamanı Beynəlxalq Valyuta Fondunun (İMF) idarəçi direktoru Kristalina Georgiyeva bildirib.
Koronavirusun yayılması nəticəsində neft hasil edən ölkələrin qarşılaşdığı çətinliklər barədə suala cavab verən İMF nümayəndəsi ilin əvvəlindən neftin 15%-dən çox ucuzlaşdığını deyib.
Onun sözlərinə görə, 2020-ci ildə dünya iqtisadi artımının mühüm amili olaraq həm də kononavirusla bağlı vəziyyət mühüm əhəmiyyət daşıyır: “Bütün hallarda 2020-ci ildə dünya iqtisadi artımı ötən ildəki səviyyədən aşağı olacaq. Nə qədər aşağı olacağı, bunun neçə müddət ərzində davam edəcəyi isə koronavirus epidemiyasından, bununla bağlı görülən tədbirlərin keyfiyyəti, çevikliyi, səmərəsindən asılı olacaq”.