OPEK+ üzvü olan 8 ölkə iyul ayında neft hasilatını gündə 411 min barel artırmaq barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, bu barədə OPEK açıqlama yayıb.
OPEK bildiir ki, neft hasilatının artırılması barədə qərar dünya iqtisadiyyatının vəziyyəti ilə bağlı dayanıqlı proqnoza və dünyada neft ehtiyatlarının azalması nəzərə alınaraq verilib.
Bununla yanaşı, təşkilat elan edib ki, bazardakı vəziyyətdən, yəni, neft qiymətlərindən asılı olaraq istənilən anda bu qərara yenidən baxıla bilər.
Xatırladaq ki, indi neft bazarında vəziyyət ürək açan deyil – Brent markalı neftin qiyməti 60 dollar ətrafında dayanıb və artıq 2 aydır ki, yüksələ bilmir.
Bu vəziyyət neft ölkələrinin gəlirlərini azaldır və onlara əlavə risklər yaradır. O cümlədən Azərbaycan neftinin qiyməti 2 aya yaxındır ki, 66-67 dollar ətrafında dövr edir. Halbuki, 2025-ci ilin büdcəsində neftin qiyməti 70 dollardan götürülüb.
OPEK-in nikbin bəyanatlarına baxmayaraq, hasilatın artırılmasından sonra neftin qiymətinin aşağı düşəcəyi şübhə doğurmur.