İran, Türkiyə, Rusiya, Çin və Hindistan neft bazarına nəzarət etmək üçün yeni birlik yaradır.
FED.az xəbər verir ki, bu barədə Tehran Ticarət Palatasının enerji komissiyasının rəhbəri Rza Pedidar deyib.
O, Beynəlxalq Enerji Agentliyinin neft bazarı və ölkələrin iqtisadi vəziyyəti ilə bağlı nəşr etdiyi hesabatında, İran, Türkiyə, Rusiya, Çin və Hindistanın neft bazarına nəzarət etmək üçün yeni birlik yaratmağa başladıqlarını və dünya neft bazarında yeni iqtisadi halqanın formalaşdığını qeyd edib. Bildirib ki, BP-nin cari il üzrə qlobal enerjinin vəziyyəti ilə bağlı məlumatlarına görə, qalıq yanacaq növləri qlobal enerji istehlakının 84,7 faizini təşkil edir. ABŞ isə neft, təbii qaz və kömür istehsalına görə dünyada birincidir.
Çinin də neft istehsala görə yaxşı mövqedə qərarlaşdığını deyən R.Pedidar qeyd edib ki, ABŞ bu il ən böyük təbii qaz istehsalçısına çevrilib. Kanada, Çin və Norveç isə qlobal enerji istehsalçılarının ilk onluğunda qərarlaşıb.