OPEK+ ölkələri neft hasilatının azaldılması ilə bağlı razılıq əldə ediblər.
FED.az xəbər verir ki, bunu Küveytin neft naziri rəsmi elan edib.
Razılaşma OPEK+ ölkələrinin neft nazirlərinin bu gün keçirilən video görüşündə əldə edilib.
Razılaşmaya görə, OPEK+ ölkələri mayın 1-dən etibarən neft hasilatını gündə 10 milyon barel azaldacaqlar.
OPEC+ ölkələrinin razılığa gəlməsi dünya bazarında neftin qiymətinin yüksəlməsinə, hətta qısamüddətli dövrdə kəskin artımına səbəb ola bilər.
Xatırladaq ki, ötən həftənin sonunda keçirilən hərraclarda Brent markalı neft 1,36 dollar və ya 4,14% ucuzlaşaraq 31,48 dollara enmişdi. WTI nefti isə 2,33 dollar və ya 9,29% ucuzlaşaraq 22,76 dollara düşüb.
Azərbaycan nefti isə ötən şəftəni 25,31 dollar qiymətlə başa vurmuşdu. Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollar götürülüb.
Xatırladaq ki, Bakı vaxtilə 20-də başlayan görüş OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 9-cu iclasından irəli gələn məsələlər üzrə məsləhətləşmələr çərçivəsində baş tutub.
Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman sədrliyi və Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novakın həmsədrliyi keçirilən görüşə OPEC və “Əməkdaşlıq Bəyannaməsi”ndə iştirak edən qeyri-OPEC ölkələrinin nazirləri qatılıb. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da “OPEC plus” ölkələri nazirlərinin müzakirələrində iştirak edib.
Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə müvafiq olaraq 10-8-6 mln.barrel həcmlərində azaldılması barədə qərar qəbul edilib.