Səudiyyə Ərəbistanının Saudi Aramco şirkəti səhmlərinin ictimai satışı (İPO) planlarını qeyri-müəyyən müddətə təxirə salıb. FED.az xəbər verir ki, şirkət İPO planlarını bir qədər əvvəl açıqlamışdı, plana görə, Saudi Aramco-nun səhmləri həm yerli, həm də xarici bazarda – London birjasında satışa çıxarılmalı idi.
Eləcə də bax: Maliyyə Nazirliyinin hərracı baş tutmadı – İLK HƏYACAN SİQNALI
Bundan başqa, şirkət artıq bu işlə məşğul olmaq üçün cəlb edilmiş xarici maliyyə məsləhətçilərini də buraxıb. Hazırda Saudi Aramco-nun əsas vəzifəsi «Saudi Basic Industries Corp» neft-qaz şirkətində strateji pay almaqdır. Şirkətin özündə bu məlumatı şərh etmək istəməyiblər.
Eləcə də bax: Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb
Xatırladaq ki, şirkətin səhmlərinin satışı planı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əl Səuda məxsus idi və krallıqdakı iqtisadi islahatların əsas mərhələsi kimi baxılırdı. Bu addım səudiyyə iqtisadiyyatını restrukturizasiya etməyə və onun neftdən asılılığını azaltmağa imkan verəcəkdi.
Eləcə də bax: Şirkətlərə kənardan pul tapmağın yolu göstərilib