Yaxın Şərq ölkələrinin neft nazirləri ABŞ prezidenti Donald Trampın ittihamlarına cavab veriblər. FED.az xəbər verir ki, ABŞ lideri region ölkələrini nefti süni surətdə bahalaşdırmaqda ittiham etmişdi. Tramp ənənəvi olaraq «Tvitter»də açıqladığı bəyanatında «bunu unutmayacağını» bildirmişdi.
OPEK-in neft hasilatı ilə bağlı qərarından narazı olan ABŞ prezidenti bildirib ki, ABŞ olmasa Yaxın Şərq ölkələri öz təhlükəsizliklərini təmin edə bilməzlər. ABŞ liderinin bu bəyanatı cavabsız qalmayıb – Səudiyyə və İranın neft nazirləri Trampın bəyanatına münasibət bildiriblər.
Səudiyyənin energetika, sənaye və mineral ehtiyatlar naziri Haled əl Faleh ehtiyatla bildirib ki, o neftin qiymətinə təsir etmir.
İranın neft naziri Öijan Namdar Zanqane isə ümid etdiyini bildirib ki, Trampın tviti OPEK üzvlərinin mövqeyinə təsir etməyəcək və onları Trampın təlimatına uyğun hərəkət etməyə vadar etməyəcək.
«OPEK — ABŞ-dan asılı olmayan təşkilatdır və ümid edirəm belə də qalacaq», - nazir bildirib.
İranlı nazir bildirib ki, ABŞ prezidentinin təhlükəsizliklə bağlı dedikləri ABŞ-ın müttəyiqləri olan region ölkələri üçün ən böyük təhqirdir.
Neft nazirlərindən Trampa cavab – «SİZDƏN ASILI DEYİLİK»
22:11
23 Sen 2018