Bu ilin ilk 2 ayında Azərbaycandan 18 milyon 675 min dollar həcmində 45 min 805 ton neft koksu ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, neft koksu ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 10,5 milyon dollar və ya 130% (2,3 dəfə), miqdar ifadəsilə isə 17 min 396 ton, başqa sözlə 61,2% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 8 milyon 131 min dollar dəyərində 28 min 409 ton neft koksu ixrac olunmuşdu.
Bu ilin ilk 2 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi neft koksunun 1 kiloqramının orta ixrac qiyməti 0,41 dollar (təxminən 70 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,29 dollar (təxminən 49 qəpik) idi. Bu da illik müqayisədə 0,12 dollar (21 qəpik) və ya 41,4% bahalaşma deməkdir.











