Neft 5%-ə yaxın ucuzlaşdı – SON QİYMƏT 18:41 24 Fev 2020 Dünya bazarında neftin qiyməti kəskin enib. FED.az xəbər verir ki, London Birjasında Brent markalı neft 2,72 dollar və ya 4,65% ucuzlaşaraq 55,78 dollara düşüb. ABŞ-da WTI nefti isə 2,52 dollar və ya 4,72% ucuzlaşaraq yenidən 50,86 dollara düşüb.