18.06.2023 saat 22:10 radələrində Neft Kəmərləri İdarəsinin Abşeron istehsalat bölümünün Abşeron rayonunun Ceyranbatan yaşayış sahəsində Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 31-ci km hissəsinə yaxın məsafədə yeraltı məişət-kanalizasiya xəttinin dolaraq məişət-kanalizasiya-yağış suları sakinlərin həyətlərinə axması intensiv yağışın yağması və kanalizasianın daşması nəticəsində baş vermişdir.
FED.az xəbər verir ki, SOCAR-ın Neft Kəmərləri İdarəsinin yaydığı məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunmuş qurumlar, həmçinin Neft Kəmərləri İdarəsinin müvafiq xidmətləri tərəfindən araşdırmalar aparılmış və qarışığın kəmərdən neft sızması ilə əlaqəli olmadığı müəyyən edilmişdir. Nəql əməliyyatı dayandırılmamış və kəmərə heç bir ziyan dəyməmişdir.