Bazar ertəsi Avropa ticarəti gedişatında neftin qiymətində zəifləmə baş verdi. Treyderlər bu həftə İstambulda baş tutacaq Ümumdünya Energetika Konqresində neft istehsalçılarını
ICE Futures London birjasında Brent markalı neft Dekabr ayında 19 sent və ya 37% ucuzlaşaraq bir bareli 51,74 $ təşkil etdi.
Bir az əvvəl müqavilənin qiyməti 1,2% aşağı düşərək sessiya minimum qiymətində, yəni 51,30 dollarda qərarlaşdı. Qeyd edək ki, bu, bu həftə Türkiyədə planlaşdırılmış görüş gedişatında Rusiya Energetika nazirinin şərhlərinin neft hasilatının məhdudlaşdırılma
Bundan əlavə, İraq və İranın Türkiyədə baş verəcək Ümumdünya Energetika Konqresində iştirak etməyəcəkləri qeyd edilir. Bununla da bu ölkələr istehsalın planlaşdırılmış ixtisarı üçün növbəti maneələri yaratmış olurlar.
İstambulda baş verəcək konqresdə OPEK-ə sədrlik edən ölkələr: Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Venesuela və Qətərin energetika nazirlərinin iştirak edəcəkləri gözlənilir.
OPEK-in bir mənbəyinə əsasən, İstambulda OPEK və təşkilata daxil olmayan ölkələrin iclası deyil, məhz ikitərəfli görüşün baş verəcəyi gözlənilir.
Keçən ayın sonunda Ümumdünya Energetika Forumu zamanı Əlcəzairdə danışıqlar gedişatında neft ixrac edən ölkələr birliyi gün ərzində 32,5 milyondan 33,0 milyon barelədək istehsalın məhdudiyyəti haqqında razılaşmaya nail oldu. Bu razılaşmaya əsasən, hal-hazırda olan neft hasilatının həcmi, yəni günlük 32,2 milyon barelin həcmi 0,7-2,2% azaldıldı. Bununla belə, bazar analitikləri əvvəlki kimi razılaşmaya, xüsusilə də onun reallaşması ehtimalına şübhə ilə yanaşırlar.
Daha əvvəl OPEK bu planın təfsilatları ilə 30 Noyabrda Vyanada baş verəcək növbəti rəsmi görüşə qədər razılaşdığını bildirmişdi.
Keçən həftənin Cümə günü Brent markalı neft fyuçersinin dəyəri 9 İyundan etibarən maksimum qiymətə, yəni 52,84 dollara qədər qalxdı. Keçən həftə neftin qiyməti üçüncü həftəlik artımı ardıcıl olaraq möhkəmləndirərək 1,74$ və ya 3,35% artdı.
Noyabr ayında Nyu York əmtəə birjasında çatdıtılma ilə olan WTI markalı neft 25 sent və ya 0,5% aşağı düşərək bir bareli 49,56$ təşkil etdi. Qeyd edək ki, bu, adı çəkilən neft markasının 1,3% aşağı düşərək 49,15 dollara çatdıqdan sonra müşahidə olundu.
Bazar iştirakçıları əvvəlki kimi ABŞ-ın burğu-qazıntı işlərinin fəallığında, əsasən də onun davam edən yaxşılaşma əlamətləri fonunda fikirlərini cəmləşdiriblər. Cümə günü Baker Hughes-ə əsasən, keçən həftə ABŞ-da burğu quraşdırmalarını
Bəzi analitiklər xəbərdarlıq edirlər ki, hazırkı iclas dünya neft ehtiyatlarının həddindən artıq çoxalma narahatlığını gücləndirərək ABŞ-da şist neftinin istehsalçılarını
Cümə günü Amerika etalonu öz 4 aylıq maksimumuna, yəni 50,74 dollara çatdı. Son iki həftədə neftin qiymətində bahalaşma müşahidə olunur və həftə ərzində Nyu Yorkda neft fyuçersləri 1,57$ və ya 3,15% artdı.