Dünya bazarında neftin qiyməti son iki gündə 10%-ə yaxın bahalaşıb.
FED.az xəbər verir ki, Brent markalı neftin qiyməti dünənki hərraclarda 2,62 dollar və ya 3,93% artaraq 69,36 dollara yüksəlib.
WTI nefti isə 2,26 dollar və ya 3,54% artaraq 66,06 dollar olub.
Bu – son bir ildə neftin qiymətində qeydə alınan ən yüksək göstəricilərdir.
Təkcə son 4 ayda – oktyabrın sonundan indiyədək neftin qiyməti təqribən 2 dəfə yüksəlib. Belə ki, oktyabrın sonunda Brent nefti 37,94 dollar, WTI nefti isə 35,79 dollar idi.