Qlobal investisiya bankı "Goldman Sachs", artan tənəzzül riskləri və OPEC+ qrupundan gözlənilən daha yüksək hasilat ilə əlaqədar olaraq neft qiymətlərinin bu ilin sonuna və 2026-cı ilə qədər düşəcəyini proqnozlaşdırır.
Neft qiymətləri çökməkdə davam edir: Brent 60 dollar! – AZƏRBAYCAN ÜÇÜN PİS SSENARİ BAŞLANDI?
FED.az xəbər verir ki, Bank Brent və ABŞ xam neft qiymətlərinin orta hesabla 2025-ci ilin qalan hissəsində 63 və 59 dollara, 2026-cı ildə isə 58 və 55 dollara düşəcəyini gözləyir.
Qlobal ticarət müharibəsi fonunda zəif iqtisadi artım proqnozuna görə, Bank neftə tələbin aşağı olacağını təxmin edir.
"Goldman Sachs" ABŞ və Çin arasında artan ticarət müharibəsi səbəbindən 2026-cı ilin dördüncü rübü üçün qlobal tələb artımı proqnozunu gündəlik 900 min barel azaldıb.
"Goldman Sachs"a görə, neft bazarında 2025-ci ildə 0,8 milyon barel, 2026-cı ildə isə 1,4 milyon barel profisit (artıqlıq) gözlənilir. Bu böyük profisitlər neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərməkdə davam edəcək. (Marja)