Neft qiymətləri yüksəlməkdə davam edir.
FED.az xəbər verir ki, Brent neftinin qiyməti, intizamlı istehsal və tələbin artdığına dair işarələr ilə bir ildən sonra ilk dəfə 61 dolları da keçib.
Bakı vaxtı ilə saat 07:40-da Brent nefti 3% bahalaşma ilə 61.13 dollardan ticarət olunub. ABŞ xam nefti (WTI) isə 2,8% bahalaşma ilə 58.44 dollardan alıcı tapıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə Brent nefti 12% bahalaşıb. Ötən ilin Noyabr ayının ilk iş günündə Brent nefti 36 dollar səviyyələrində idi. Həmin vaxtan bəri Brent nefti 60%-dən çox bahalaşıb.