Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin təsdiqlənməsi haqqında fərman imzalayıb. FED.az xəbər verir ki, Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirləri 15 450 149,7 min manat, xərcləri isə 11 595 238,4 min manat məbləğində təsdiq edilib. Adə çəkilən fərmanla 2019-da Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti”, eləcə də Fondun 2019-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetası” da təsdiq edilib.
Fondunun 2019-cu il büdcəsinin gəlir və xərcləri aşağıdakı kimi olacaq:
GƏLİRLƏR
Sıra №-si |
Gəlir mənbələri |
Gəlirlərin məbləği (min manat) |
2.1. |
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) |
13 218 752,6 |
2.2. |
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri |
4 692,0 |
2.3. |
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər |
19 040,0 |
2.4. |
Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər |
1 442 495,1 |
2.5. |
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar |
765 170,0 |
|
Cəmi |
15 450 149,7 |
XƏRCLƏR
Sıra №-si |
Xərc istiqamətləri |
Xərclərin məbləği (min manat) |
3.1. |
Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi |
200 000,0 |
3.2. |
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə transfertin yuxarı həddi |
11 364 300,0 |
3.3. |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər |
30 938,4 |
|
Cəmi |
11 595 238,4 |