Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARNDF) bəzi kütləvi informasiya vasitələrində fondun investisiya portfelinə daxil olan qızıl ehtiyatı ilə bağlı dərc olunan məqalələrə münasibət bildirib.
Fonddan FED.az-a verilən məlumata görə, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hal-hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib.
"Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır"- deyə Neft Fondunun açıqlamasında bildirilir.
 
                                                    
                                                    
                    Neft Fondundan QIZIL AÇIQLAMASI
 
                            
                            
                        
                            12:08
                            4 Avq 2017
                        
                        

 
            

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








