Dövlət Neft Fondu mart ayında satılan dolların həcmini açıqlayıb.
FED.az-a verilən məlumata görə, Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin mart ayı ərzində 1 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, Fond bu ilin yanvar ayında 300,2 milyon, fevral ayında isə 543,4 milyon ABŞ dolları məbləğində vəsait satıb.