Dövlət Neft Fondu bu qurumun Avstraliyada yeni daşınmaz əmlak alması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
FED.az xəbər verir ki, Fondun yaydığı məlumatda bildirilir ki, ARDNF 2015-ci ildən başlayaraq Amerika, Avropa və Asiya və Sakit Okean Hövzəsi regionlarının inkişaf etmiş bazarlarında fəaliyyət göstərən və müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən özəl əmlak fondlarına investisiyalar edir. Amma ARDNF Avstraliyada daşınmaz əmlaka birbaşa investisiya yatırmayıb.
Neft Fondu: "Hələ bu ölkədə əmlak almamışıq"

09:53
19 Okt 2017