Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 milyard 618,6 milyon manat, büdcə xərcləri isə 3 milyard 823,1 milyon manat təşkil edib.
Bu barədə ARDNF-də keçirilən mətbuat konfransında fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.
Ş.Mövsümov qeyd edib ki, yanvar-sentyabr aylarında ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 milyard 883,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 milyard 867 milyon manat olub.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 734,8 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 2 milyard 612,3 milyon manat təşkil edib.