“Valyuta bazarına müdaxilələr Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) həyata keçirdiyi valyuta hərracları vasitəsilə olmuş, 2019-cu ilin 9 ayında valyuta hərraclarında 4 milyard 512,85 milyon ABŞ dolları satılmışdır”.
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının 2020-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə rəyində bildirilir.
Eləcə də bax: Neft Fondu hərraclarda satdığı dolların məbləğini - AÇIQLADI
Bu valyuta həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 126,75 milyon ABŞ dolları azdır: “Dövlət büdcəsi gəlirlərinin icrası barədə 9 aylıq məlumatlara əsasən, baxılan dövr ərzində ARDNF transfertlərinin həcmi 88,4% icra edilmiş, 987,2 milyon manat vəsaitin icrası reallaşdırılmamışdır”.
Məlumat üçün qeyd edək ki, Mərkəzi Bank cari ilin 9 ayında ARDNF-in transferlərinin nisbətən aşağı səviyyədə icra edilməsi səbəbini bazarda dollar təklifinin ona tələbi üstələməsi və dolların satılmaması ilə izah etmişdir.
Dövr ərzində manatın məzənnəsi dəyişməz qalmış və 1 ABŞ dolları 1,70 manata bərabər olmuşdur.
Marja