Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə, bölgüsü məlum olub.
FED.az xəbər veri ki, bu ilin 9 ayının nəticələrinə görə, ARDNF ən çox investisiyanı inkişaf etmiş ölkələrə edib. Lakin bu ötən ilin eyni dövrü ilə müqayisədə azdır.
Eləcə də bax: Neft Fondu 10 faizdən çox artım açıqladı - 42,5 MİLYARD DOLLARI AŞIB
Belə ki, ötən ilin 9 ayında fond inkişaf etmiş ölkələrə investisiya portfelinin 68,73%-ni inkişaf etmiş ölkələr etmişdisə, bu il həmin göstərici 63,86%-ə düşüb.
Əvəzində ARDNF inkişaf etməkdə olan ölkələrə investisiyasını artırıb. Belə ki, ötən ilin eyni dövründə fondun investisiya portfelinin 24,06%-i inkişaf etməkdə olan ölkələrə yatırıldığı halda bu il həmin göstərici 31,43% təşkil edib.
İnkişaf etmiş ölkələrlə yanaşı ARDNF beynəlxalq maliyyə təşkilatlarına da investisiyanı azaldıb. Belə ki, ötən ilin 9 ayında beynəlxalq təşkilatlara investisiya portfelinin 7,21%- ni investisiya etdiyi halda bu il bu göstəricini 4,72%-dək azaldılıb.
Qrafik