Dövlət Neft Fondu Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini (01 dekabr 2020-ci il tarixinə) açıqlayıb.
FED.az Fonda istinadən xəbər verir ki, 2020-ci ilin 11 ayı ərzində Fonda AÇG yatağı üzrə 3 milyard 336 milyon ABŞ dolları, Şahdəniz yatağı üzrə (qaz və kondensat) 276 milyon ABŞ dolları daxil olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 205 milyon ABŞ dolları təşkil edib.