Bu günlərdə “Neft Daşları” yatağındakı 2387 saylı stasionar dəniz özülündə 2414 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Socar-dan Fed.az-a verilən məlumata görə, quyu məhsuldar qat çöküntülərinin X horizontundan fontan üsulu ilə məhsul verib, 1365-1360 metr intervaldan sutkalıq 15 ton neft və 7500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
"Neft Daşları”nda yeni quyu istismara verilib
11:49
6 Yan 2017