“Neft Daşları” NQÇİ-nin istismar etdiyi 1624 saylı meydançada və 1702-1541 saylı meydançalar arası estakadada həyata keçirilən əsaslı təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb.
Fed.az SOCAR-ın saytına istinadən xəbər verir ki, “Neft Daşlari” yatağında 1624 saylı meydançada görülmüş işlər çərçivəsində, 48 ədəd xamut vurulub, 24 ədəd sualtı əlaqə xətti quraşdırılıb. Əsaslı təmir zamanı sualtı rabitə xətləri bərpa edilmiş və işlək 4 quyunun sualtı bərkidilməsi işləri başa çatdırılıb. 1702-1541 saylı meydançalar arası estakadada aparılan əsaslı təmir işləri çərçivəsində 196 ədəd möhkəmləndirici svay vurulmuş, 55 ədəd rigel və 2 ədəd metal ferma yığılıb. Eləcə də 431 ədəd suüstü əlaqə xətti quraşdırılmış, 47 metr uzunluqda yanğın əleyhinə su xətti çəkilib.
Aparılmış təmir işlərindən sonra hər iki obyekt Dövlət Qəbulu komissiyası tərəfindən istismara qəbul edilib.