Londonun ICE birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti 2023-cü il dekabrın 18-dən bəri ilk dəfə 76 dollar/bareldən aşağı düşüb.
FED.az xəbər verir ki, ICE birjasında Brent markalı neftin qiyməti Anqolanın OPEC-dən çıxması ilə bağlı xəbərlərdən sonra ucuzlaşmağa başlayıb.
Bakı vaxtı ilə saat 10:19-a olan birja məlumatlarına görə, Brent markalı neftin qiyməti 1,40% azalaraq 75,64 dollar/barelə bərabər olub.
Eyni zamanda, WTI markalı xam neftin fevral çatdırılması üçün fyuçersləri 1,79% azalaraq bir barel üçün 70,42 dollar olub.