Neft qiymətləri, Böyük Britaniyada yeni növ koronavirusun mutasiyaya uğraması və buna dair təşviş ilə düşməkdə davam edir.
FED.az xəbər verir ki, bir çox ölkə Böyük Britaniya ilə uçuşları təxirə salıb.
Dolların da güclənməsi ilə bu valyutada ticarət olunan əmtələr ucuzlaşır.
Covid-19-dakı yeni mutasiya qlobal hərəkətliliyi azaldaraq neftə tələbin artmasını dayandıra bilər. Təklif tərəfində isə, Rusiya OPEC+ın Fevral ayındakı yığıncağında istehsalın artırılmasını dəstəkləmək niyyətində olduğunu bildirib.
Neft qiymətləri, peyvəndlər ilə bağlı irəliləyişlərin olması ilə əlaqədar olaraq Oktyabr ayının sonundan bu yana 30% ətrafında yüksəlmişdi. İndi virusun 70% daha çox yoluxan yeni növü və artan karantin tədbirləri narahatlıqları artırır.
Bakı vaxtı ilə saat 07:19-da, Qərbi Texas nefti (WTI) 3,4% ucuzlaşma ilə 46,35 dollardan, Brent neft isə 3% ucuzlaşma ilə 49,38 dollardan ticarət olunub.
18 Dekabrda Brent neftin qiyməti 52 dolları aşaraq 52,26 dollaradək yüksəlmişdi. Bu səviyyə ilə müqayisədə Brent neftinin qiyməti 5,5% düşüb.
Mutasiya (dəyişiklik) — dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm formasıdır.