BP rəhbəri Robert Dadli bildirib ki, neftin qiymətinin yaxın vaxtlarda 100 dollara çatacağına inanmır.
FED.az xəbər verir ki, BP rəhbəri: «Mən düşünmürəm ki, neftin daşınması ilə bağlı hər hansı problem çıxmasısa, qiymət 100 dollara çatsın. Amma hətta bunun ehtimalı da aşağıdır» –deyib.
Xatırladaq ki, bir qədər əvvəl Bank of America-nın ekspertləri bildirmişdi ki, neftin qiyməti 2019-cu ildə 100 dollara çata bilər.
Hazırda neftin qiymətinə İrandan və Venesueladan olan neftin daşınmasındakı problemlər təsir edir. Bank of America da ona görə proqnoz edib ki, 2019-un 2-ci rübündə Brent nefti 90 dollara çatacaq.
Neft çətin ki, bu qiymətə çatsın - BP RƏHBƏRİ
17:08
24 May 2018