“May ayında biznesin bərpası və bir çox ölkələrin karantin tədbirlərindən imtinası prosesi başlaya bilər ki, bu da neftə olan tələbatın artmasına təsir göstərəcək”.
Eləcə də bax: "Bu il neftin orta qiyməti 30 dollardan çox olacaq" - PROQNOZ
FED.az xəbər verir ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
“Ancaq hələlik böyük bir qeyri-müəyyənlik var: OPEC+ sazişinin mayın 1-dən etibarən necə işləyəcəyi və bunun nə dərəcədə təsir göstərəcəyi, ölkələrin hasilatı azaltma öhdəliklərini tam yerinə yetirib-yetirməyəcəyi məlum deyil”, - o bildirib.
Nazirin sözlərinə görə, OPEC+ üzvü olmayan bir çox ölkə hasilatın azaldılmasına töhfə verməyə hazır olduqlarını bəyan edib: “Hələlik rəsmi qərarların olmaması səbəbindən bazar bu həcmləri nəzərə almır, hərçənd söhbət ABŞ, Kanada, Norveç, Braziliya, Kolumbiya kimi ölkələrin sayəsində gündəlik 5-10 milyon barelə qədər böyük həcmlərdən gedə bilər”.
O qeyd edib ki, vəziyyətə aydınlıq gəlməyincə aşağı qiymətlər dövrü yaşanacaq. “Bunu, sadəcə, yaşamaq lazımdır. İndi qiymətlər aşağıdırsa, bu, vəziyyətin hər zaman belə qalacağı demək deyil. Hazırda gündəlik tələbat, təxminən, 20-30 milyon bareldirsə, bir müddət əvvəl bu rəqəm 100 milyon bareldən çox idi”, - A.Noval vurğulayıb.
Report