Azərbaycan Vyanada OPEC+ ölkələrinin nazirlərinin görüşündə təklif olunacaq azalmanın həcmlərindən asılı olaraq neft hasilatının əlavə azaldılmasına razı ola bilər.
Eləcə də bax: Neft bazarında yeni oyunçu - OPEK-İ DAĞITMAĞA BAŞLAYIB
FED.az xəbər verir ki, bu barədə energetika nazirinin müşaviri, nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib.
“Bütövlükdə, hazırki vəziyyətdə neft bazarının dəstəyə ehtiyacı var. Sabah Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanada keçiriləcək OPEC+ ölkələrinin nazirlərinin görüşünə yola düşəcək”, - Əliyeva bildirib.
Azərbaycanın əlavə azalmasına getməyə hazır olması məsələsinə toxunan müşavir bəyan edib: “Baxarıq, hər şey nə qədər həcmdən gedəcəyindən asılı olacaq”.
Xəbər verildiyi kimi, martın 5-də OPEC ölkələrinin nazirlərinin konfransı keçiriləcək. Martın 6-da son qərarın təsdiqi məqsədilə OPEC+ ölkələrinin nazirləri toplaşacaqlar.
Dünən OPEC+ ölkələrinin Texniki Komitəsi 2018-ci ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft hasilatının 1,7 milyon barrel azaldılması üzrə cari sazişin aprel ayından 2020-ci ilin sonunadək uzadılması ilə bağlı tövsiyyə verib. Həmçinin ikinci rübdə həcmin gündəlik 600 mindən 1 milyon barrelədək azaldılması tövsiyyə olunub.
İnterfaks