Dünya bazarında neft hasilatını tənzimləyəcək və məhdudlaşdırma yolu ilə qiymətləri sabitləşdirəcək OPEC+ razılaşmasına baxmayaraq neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.
Eləcə də bax: OPEK+ neft hasilatı üzrə yeni razılaşmanın - DETALLARINI AÇIQLAYIB
FED.az xəbər verir ki, aprelin 13-də başlayan hərraclarda Brent neftinin qiyməti 0,72 dollar və ya 2,3% azalaraq 30,8 dollar olub.
WTI neftinin qiyməti isə hələlik dəyişmir və 22,8 dollarda sabit qalıb.