Neft bazarı 100 ildir yaşamadığı şoku yaşayır.
FED.az xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
Eləcə də bax: "Neft hasilatının sutkada 10 milyon barrel azaldılması - KİFAYƏT DEYİL"
O bildirib ki, ilk dəfədir neft tələbatı inanılmaz dərəcədə azalıb. İstehsal isə çox sürətlə artır. Böyük həcmdə istifadə edilməmiş neft var və bu, qiymətə çox böyük təzyiq göstərir. Dünya neft sənayesinin dağılmaq təhlükəsi ilə üzləşməsi qlobal iqtisadiyyatdakı olduqca narahat tendensiyaya daha çox təsir edir.
“OPEC+” üzrə hasilat sutkada 10 milyon barrel azalsa belə, bu, problemi həll etməyəcək. Belə ki, bazarda tənəzzül davam edəcək. 10 milyon barrellik azalma cəmi bir neçə gün ərzində bazara müsbət təsir edəcək”, - deyə F.Birol qeyd edib.
Azərtac