Neft qiymətləri yüksəlməkdə davam edir. Brent və WTI neft qiymətləri keçən ilin fevraldan bəri ən yüksək səviyyələri görüb.
FED.az xəbər verir ki, Brent neftini 3%-ə yaxın bahalaşaraq qiyməti 57,32 dollaradək yüksəlib (Bakı vaxtı ilə saat 07:30-a olan məlumat).
ABŞ xam neftinin (WTI) qiyməti də təxminən 3% bahalaşma ilə 53.81 dollara çatıb.
OPEC+ın Fevral və Martda hasilatın azaldılmasını Yanvar səviyyəsində saxlanılması barədə qərar qəbul etməsi, Səudiyyə Ərəbistanının hasilatını əlavə olaraq könüllü azaltması, ABŞ-da Preziden seçilmiş Jo Bidenin bir neçə gündən sonra vəzifəsinin icrasına başlaması, koronavirus peyvəndlərinə dair irəliləyişlər neft qiymətlərinin artmasına səbəb olur.