ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0,09% azalaraq 1 barelə görə 90.40 ABŞ dolları təşkil edib.
FED.az-n məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,10% azalaraq 86.12 ABŞ dolları təşkil edib.