Dünya bazarında neftin qiyməti 2 faizədək bahalaşıb.
FED.az xəbər verir ki, Brent markalı neftin bu saata olan qiyməti 1,36 dollar, yəni 2,22% bahalaşaraq 62,72 dollara yüksəlib.
Məlumata görə, WTI markalı neftin qiymətində də bahalaşma müşahidə olunur. Belə ki, Qərbi Texas markalı neft 1,41 dollar və ya 2,56 faiz bahalaşaraq 56,55 dollara satılır.
Neft bahalaşdı - QİYMƏT

11:53
18 Noy 2017