Dünya bazarında neftin qiyməti sürətlə artmaqdadır. FED.az xəbər verir ki, bu gün birjalarda neft 5-7% bahalaşaraq yeni səviyyələrə yüksəlib.
Nyu-Yorkda WTI neftinin qiyməti gün ərzində 2,14 dollar və ya 7,3% artaraq 31,57 dollara yüksəlib. Londonda isə Brent markalı neft gün ərzində 1,8 dollar və ya 5,5% bahalaşaraq 34,3 dollara çatıb.
Ümumiyyətlə, bu son ay yarımda – aprelin 3-dən bəri neftin ən yüksək qiymətidir. Bir aydan da az vaxtda - aprelin 21-də 19,93 ollar olduqdan sonra indiyədək – Brent nefti 14,4 dollar, və ya 72%-dən çox bahalaşıb.